İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın müqəddəs Kərbəla şəhərində keçirilən mərasimdə bu ölkənin universitetlərində Qurani fəaliyyətlərdə aktiv olan xanımlar təqdir olundu.
Bu xanımlar həm də İraqın tələbələr arasında hər il keçirilən milli Qurani-Kərim hifzi yarışlarının 3-cü turunun qalibləri idilər. Yarışlarda iştirak edən bütün tələbələrə xatirə hədiyyəsi verilib.
Qeyd edək ki, Kərbəlanın İslam Elmləri Universitetinin təşəbbüsü və İmam Hüseyn (ə) ziyarətgahının nəzində fəaliyyət göstərən Darul-Quran müəssisəsinin həmkarlığı ilə keçirilən bu yarışlarda İraqın müxtəlif şəhərlərindən 70 tələbə iştirak edib.