İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Bolqarıstandakı Mədəniyyət Əlaqələri İdarəsinə istinadla verdiyi xəbərə görə, Bolqarıstan "Balkan ölkələrində sufilik təriqəti, mədəniyyətlər arası körpü" adlı beynəlxalq toplantıya evsahibliyi edəcək.
"Balkan ölkələrində sufilik təriqəti, mədəniyyətlər arası körpü" konrfansı cari ilin May ayının 24-də Bolqarıstanın paytaxtı Sufiyada keçiriləcəkdir.
Bu toplantı İran İslam Respublikasının Bolqarıstandakı Mədəniyyə Əlaqələri İdarəsini təşəbbüsü və Bolqarıstan Elmlər Akademiyasının, İranın İsfahan universitetinin və Nəcəfabadın Azad İslam Universitetinin həmkarlığı ilə keçirilir.
Toplantıda "balkanlarda sufilik", "din və fəlsəfə", "sufilik və təriqət", "balkanlarda və İranda ələvilər və onların mədəni, coğrafi və tarixi baxışları", "balkanlarda ələviliyin mənşəyi", "əhli-həqq balkanlarda", "bektaşilik", "səfəvilər və qızılbaşlar" və "əhli-beyt tərəfdarları" kimi mövzular əsas müzakirə obyekti olacaqdır.
http://iqna.ir/fa/news/3704094