IQNA

Əl-Əzhər fransızların həyasızcasına istəyinə etiraz etdi

10:17 - April 29, 2018
Xəbər sayı: 3483096
Əl-Əzhər bir sürü fransızın qeyri-müsəlmanların qətliamına səbəb bəhanəsi ilə irəli sürdükləri həyasızcasına və eyni zamanda da axmaqcasına istəklərinə etirazını bildiriblər.

Əl-Əzhər fransızların həyasızcasına və eyni zamanda da axmaqcasına istəyinə etiraz etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bir sürü fransalı, o cümlədən bu ölkənin adı müxtəlif əxlaqsız işlərdə hallanan keçmiş prezidenti Nikola Sarkozi və digər siyasi, ictimai, incəsənət və mədəniyyət mənsubları Luparizin qəzetində yazdıqları "yeni anti-yəhud addımlar" adlı məqalədə müsəlmanlardan istəyiblər ki, Qurani-Kədimdə kafirlərin, xristiyanların və məsihilərin öldürülməsini istəyən ayələri bu müqəddəs kitabdan silsinlər.

Misrin Əl-Əzhər İslam Mərkəzinin mənsubları bir sürü fransızın qeyri-müsəlmanların qətliamına səbəb bəhanəsi ilə irəli sürdükləri bu istəklərinə etirazlarını bildiriblər. 

əl-Əzhər vurğulayıb: Bu istəyin heç bir məntiqi izahı yoxdur və qəbulolunmazdır. Bu, əslində Quranı silmək və təhrif etmək deməkdir.  

əl-Əzhərin rəis müavini Abbas Şəmun deyib: Qurani-Kərimdən heç bir bəhanə ilə bir hərifi belə silmək olmaz. Əgər bu bir sürü fransız Allahın kitabını doğru qanmayıblarsa, bu bizim problemimiz deyil. Çünki onlar Qurani-Kərimdən çıxardıqları yanlış məna üzərində israrlı olsalar, mütləq Cəhənnəmə gedəcəklər.

O əlavə edib: Quranı bu cür dərk edənlər cahildirlər. Çünki Qurani-Kərimdə qətliama dəvət edən heç bir ayə yoxdur. Və biz onların alimlərə müraciət etmədən ayələri yanlış təfsir etmələrinə məsul deyilik.  

http://iqna.ir/fa/news/3709683

captcha