İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah mayın 1-i etdiyi çıxışında, 6 mayda Livanda keçirilməsi gözlənilən seçkilər və regional proseslərə dair açıqlamalar verib.
Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah dünən, həftənin ikinci günü, günün ikinci yarısında, "yəvmul-vəfa lil-ərz" adlı seçki toplantısında dedi: Bin Salman hazırdır ki, ABŞ və İsraili İran İslam Respublikasının əleyhinə döyüşlərə təhrik etmək üçün milyardlar xərcləsin.
Seyid Həsən Nəsrullah Səudiyyə rejiminin vəliəhd şahzadəsinin regionda müharibə törətmək üçün ABŞ və İsrail rejiminə milyardlarla dollar pul ödədiyini bildirib: “Regionda yeni bir mərhələyə daxil oluruq. Terror təşkilatları Suriyada məğlub olmaq üzrədir, ancaq ABŞ və Səudiyyə rejimi kimi müttəfiqləri məğlubiyyətlərinə dözə bilmirlər”.
O əlavə etdi: Amerika, İsrail və Ərəbistanın region üçün hazırladıqları bütün proqram və layihələr məğlubiyyətə uğradı və buna görə də onlar sakit qalmaq istəmirlər.
Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah vurğuladı: Biz hələ də döyüşün ortasındayıq. Çünki Ərəbistan İsrail və Amerikanı İran əleyhinə döyüşlərə qızışdırmaq üçün milyardlar dollar xərcləməyə hazırdır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün öncə demişdi ki, biz orta şəqrdə yeddi triliyon dolları faydasız yerə xərclədik və heç bir nəticə almadıq. Bu regionun bəzi ölkəkərindən ki, dünyanın ən varlı ölkəsidirlər, öz paylarına düşəni ödəməyi tələb etdim. Elə edəcəyik ki, həmişə onlar xərcləsinlər. Onlar öz pullarının və var-dövlətlərinin içində boğulublar və hətta bilmirlər ki, bu sərvəti hara və necə xərcləsinlər.