İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib İndoneziyadakı çıxışında vurğuladı: Quran və hədisləri daha çox və dərindən dərk etmək üçün Ərəb dilini öyrənin.
Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib İndoneziyanın Sulu şəhərinin "Məhəmmədiyyə Cəmiyyəti"nin xanım üzvləri ilə görüşündə bütün müsəlmanları və xüsusi ilə də dini tələbələri Ərəb dilini öyrənməyə dəvət edərək Quran və hədisləri dərk etmək və dəqiq anlamaq üçün bunun bir zərurət olduğunu vurğuladı.
Quran və hədisləri daha səhih və dəqiq anlamaq üçün Ərəb dilini öyrənməyin bir zərurət olduğunu vurğulayan əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib əlavə etdi: əl-Əzhər İslam Mərkəzinin ali dini təhsil ocağı bu barədə tələbələr üçün bütün imkanları yaratmağa hazırdır.
Qeyd edək ki, əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib keçən həftənin bazar günü, "Müsəlman Alimlərin Beynəlxalq Toplantısı"nda iştirak etmək üçün İndoneziyada səfərdə idi.