IQNA

İraqda "Kərbəla günləri" beynəlxalq teatrı keçirilir

0:30 - May 05, 2018
Xəbər sayı: 3483123
İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin "müasir teatr şöbəsi"nin təşəbbüsü ilə ilk dəfə olaraq "Kərbəla günləri" beynəlxalq teatrı keçirilir.

İraqda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin "müasir teatr şöbəsi"nin təşəbbüsü ilə ilk dəfə olaraq "Kərbəla günləri" beynəlxalq teatrı keçirilir.

İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin informasiya portalının yaydığı xəbərə əsasən, bu festival dünən, həftənin Cüməaxşı günü, 3 May 2018-ci il, günün ikinci yarasında İraqın və xarici ölkələrin rəsmiləri, elm və incəsənət adamları və ictimai şəxsiyyətlərinin iştirakı iıə başlayıb və beş gün davam edəcəkdir.

Bu festivalda Suriya, Livan, Oman, Tunis, Ərəbistan və İraqın incəsənət işçiləri və teatr qrupları iştirak edirlər.

Festivalın ilk teatrı dünən, həftənin Cüməaxşı günü, 3 May 2018-ci il, günün ikinci yarasında Suriyalıların "Bəl Əhyaun" (Onlar diridirlər) teatrının nümayişi ilə başlayıb.

Festivalın keçirilməsi komitəsinin rəisi Əla Hüseyn Başəq bu barədə dedi: İmam Hüseynin (ə) müqəddəs ziyarətgahı dini sahədə incəsənət və mədəniyyət işlərinin gücləndirilməsi hədəfi ilə bu teatrın keçirilməsini təşkil etmişdir.

O əlavə etdi: Bu festival İraqın və xarici ölkələrin teatr sahəsində mütəxəssisləri və incəsənət adamları tərəfindən maraqla qarşılanıb.  

http://iqna.ir/fa/news/3711254

captcha