İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qətərin "əl-Ərəb" qəzetinə istinadla verdiyi xəbərə görə, Qətərin milli Qurani-Kərim nüsxəsi dördüncü dəfə çap ediləcək.
Bu barədə Qətərin İslami işlər və vəqflər nazirliyi məlumat verərək deyib: İslami işlər və vəqflər nazirliyi qərara alıb ki, Qətərin milli Müshəfini ikinci dəfə 600 min nüsxə ilə çap və nəşr etsin.
Qətərin milli Müshəfinin dördüncü çapının xərcləri 20 milyon Qətər riyalı olacaqdır.
Qətərin milli Quran nüsxəsini ilk çapı və nəşrinin açılış mərasimi 2010-ci ildə keçirilib və artıq dördüncü dəfə çap edilmək üzərədir.
Bu müshəfin çapı və nəşri üçün Qətərin İslami işlər və vəqflər nazirliyi Türkiyənin Quran çapxanalarının biri ilə müqavilə bağlayacaqdır. Dördüncü çapın ərsəyə gətirilməsi üçün bir vaxt lazımdır. Bu çapdan sonra isə Qətərin milli Müshəfənin sayı 2 milyon 500 min nüsxəyə çatacaqdır.