İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziya beynəlxalq Quran yarışlarına ezam edilmiş xüsusi müxbirinin verdiyi xəbərə görə, Malaziyada Qurani-Kərimin hifzi və qiraəti üzrə keçirilən 60-cı beynəlxalq Quran yarışları həftənin Cüməaxşamı günü, 10 May 2018-ci il, öz işini yekunlaşdırıb.
Kualalampurun Putra dünya ticarət mərkəzinin binasında keçirilən yarışlarda sonuncu olaraq İran İslam Respublikasının nümayəndəsi Muxtar Dehqan öz qiraətini icra edib.
Yarışların üçüncü və həm də sonuncu gecəsi öz tilavətini icra edən Muxtar Dehqan mübarək Nisa surəsinin 59-66-cı ayələrini qiraət edib.
Xatırladırıq ki, Malaziyanın Quranln hifzi və qiraəti üzrə 60-cı beynəlxalq yarışları bu ölkənin paytaxtı Kualalampurda May ayının 7-də başlayıb və bu gün, həftənin şənbə günü, 12 May 2018-ci il, günün ikinci yarısında öz işini yekunlaşdıracaqdır.
Yekun mərasimində Malaziyanın padşahı V Sultan Məhəmməd də iştirak edəcəkdir. Həmçinin bu mərasimdə qaliblər mükafatlandırılacaqdır.
http://iqna.ir/fa/news/3713242