IQNA

Ayətullah Sistaninin dəftərxanasının Ramazan ayı barədə rəyi

0:22 - May 16, 2018
Xəbər sayı: 3483176
Mütəxəssislərin proqnozlarına əsasən, Ramazan hilalı bu gün, həftənin üçüncü günü, Gün batandan sonra görünə biləcək. Yeni hilal Nəcəf şəhərinin səmasında bir saat bir dəqiqə müddətində qalacaqdır.

Ayətullah Sistaninin dəftərxanasının Ramazan barədə rəyiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində yaşayan və şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin rəsmi dəftərxanası mübarək Ramazan ayının ilk günü ilə bağlı rəyini elan edib.

Bu dəftərxana elan edib ki, cari həftənin üçüncü günü, 1439-cu hicri-qəməri ilinin Şəban ayının 29-da (16 May 2018-ci il), Günəş batan zaman mübarək Ramazan ayının hilalının görünməsi ehtimal edilir.

Buna əsasən də böyük ehtimal ilə həftənin Cüməaxşamı günü, 17 May 2018-ci il, İraq, İran və digər Orta Şərq ölkələrində mübarək Ramazan ayının ilk günü olacaqdır.

Xəbərdə həmçinin deyilir ki, mütəxəssislərin proqnozlarına əsasən, Ramazan ayının hilalı bu gün, həftənin üçüncü günü, Günəş batandan sonra görünə biləcək. Yeni hilal Nəcəf şəhərinin səmasında bir saat bir dəqiqə müddətində qalacaqdır.

Qeyd edək ki, mübarək Ramazan ayı Hicri-Qəməri ilinin 9-cu ayıdır. Bu ayın günləri 29 və ya 30 gün olur.   

http://iqna.ir/fa/news/3714781  

Teqlər: iqna ، ramazan ، hilal ، şəban ، oruc ، sistani
captcha