IQNA

Qəzzadan işğal edilmiş ərazilərə 25 mərmi atılıb

10:33 - May 29, 2018
Xəbər sayı: 3483239
Atılan mərmilər İsrail rejiminin "dəmir qübbə sistemi" vasitəsi ilə zərərsizləşdirilib. Mərmilərindən biri isə uşaq bağçalarından birinin yaxınlığına düşsə də insani tələfat olmayıb.

Qəzzadan işğal edilmiş ərazilərə 25 mərmi atılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı İsrail rejiminin ibri dilli mediaları iddia ediblər ki, bu gün səhər, həftənin ikincü günü, 29 May 2018-ci il, sionistlərin işğal etdiyi Fələstin ərazilərinə Qəzza sahillərində 25 top mərmisi atılıb.

İbri dilli mediaların iddiasına görə, atılan mərmilər İsrail rejiminin "dəmir qübbə sistemi" vasitəsi ilə zərərsizləşdirilib. Mərmilərindən biri isə uşaq bağçalarından birinin yaxınlığına düşsə də insani tələfat olmayıb.

Bu xəbərə görə, bir-neçə saat öncə işğal edilmiş ərazilərdə həyacan siqnalları çalınıb və ən azı dörd partlayış səsi eşidilib.

Həmçinin bu xəbərdə deyilir ki, sionist rejiminin qırıcı bombardmanları və topxanası Qəzza sahillərini bombalayıblar.

http://iqna.ir/fa/news/3718568  

captcha