IQNA

Əlcəzayirdə 15-ci beynəlxalq Quran yarışları keçiriləcək

12:54 - May 31, 2018
Xəbər sayı: 3483248
Qurani-Kərimin hifzi, qiraəti, təcvid və təfsiri üzrə 15-ci beynəlxalq yarışlar mübarək Ramazan ayının 20-də Əlcəzayirin Dini işlər və vəqflər nazirliyi tərəfindən keçiriləcək.

Əlcəzayirdə 15-ci beynəlxalq Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İyun ayının 5-də (20 Ramazan) Əlcəzayirdə beynəlxalq Qurani-Kərim yarışları başlayır.

Qurani-Kərimin hifzi, qiraəti, təcvid və təfsiri üzrə 15-ci beynəlxalq yarışlar mübarək Ramazan ayının 20-də Əlcəzayirin Dini işlər və vəqflər nazirliyi tərəfindən keçiriləcək.

Əlcəzayirin dini işlər və vəqflər naziri Məhəmməd İsa özünün şəxsi "facebook" səhifəsində elan edib: Bu yarışların açılış mərasimi Əlcəzayir prezidentinin nəzarəti altında Sənubər sarayında keçiriləcək. Yarışların açılış mərasimində dövlət rəsmiləri və xarici ölkələrin səfirləri iştirak edəcəklər. Yarışlar "Suytal" hotelində davam edəcəkdir.

Əlcəzayirin dini işlər və vəqflər nazirinin elan etdiyinə görə, bu yarışlarda dünyanın 53 ölkəsindən nümayəndələr iştirak edəcəklər. Bundan əlavə isə yarışlarda 15 nəfər azyaşlı Quran hafizi də iştirak edəcəklər.   

http://iqna.ir/fa/news/3719225

captcha