İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, 1 İyun 2018-ci il, Tunisin Qeyrəvan şəhərinin mərkəzində yerləşən Darul-Quranda (Quran evi) yanğın hadisəsi baş verib.
Hadisə yerinə cəlb edilən mülki müdafiə qüvvələrinin yanğın söndürən maşınları Darul-Quranda baş verən yanğını söndürə biliblər.
Yanğın zamanı Quran evinin media salonu, studia təchizatı və digər əşyalar yanaraq sıradan çıxıb.
Qeyd edək ki, Qeyrəvanın Darul-Quran idarəsinin bəzi Quran müəllimləri və həmçinin şagirdlərindən bəziləri yanan binanın özündə məskunlaşıblar. Onların çoxu afrikalıdırlar. Onlar burda Qurani-Kərimin tərtil və təcvid dərslərini öyrədirlər.