İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın İslami Müqavimət Hərəkatı Təşkilatı (HİZBULLAH) hər il mübarək Ramazan ayının son Cüməsində keçirilən Qüds günü mərasimini Fələstin sərhədlərində qeyd edəcəkdir.
HİZBULLAH bu barədə bəyaniyyə verərək bildirib ki, bu ilin Qüds günü mərasiminin Fələstin sərhəddində yerləşən cənubi Marunur-Rəs şəhərində keçirəcəklər.
"əl-Mənar"ın bu barədə yaydığı məlumata əsasən, HİZBULLAH Qüds gününü bu il mübarək Ramazan ayının son Cüməsində, günün ikinci yarısında, işğal edilmiş torpaqların sərhəddində və "əl-Qudsu qiblətul-Əhrar" (Qüds azadələrin qibləsidir) devizi ilə keçirəcəkdir.
Livanın İslami Müqavimət Hərəkatı Təşkilatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah da bu mərasimdə iştirak edəcəkdir.
Qeyd edək ki, QÜDSÜ GÜNÜ mərasimi hər il mübarək Ramazan ayının sonuncü Cümə günü Fələstin xalqına dəstək məqsədi ilə beynəlxalq səviyyədə keçirilir. Bu günün təsisçisi İran İslam İnqilabının dahi rəhbəri və ümmətin imamı həzrət Ayətullah Üzma Seyid Ruhullah Musəvi Xomeyni (r.ə) olmuşdur.
http://iqna.ir/fa/news/3719892