IQNA

ABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTO

15:09 - June 06, 2018
Xəbər sayı: 3483284
İsrailin Qəzza sərhədindəki "Böyük Dönüş Yürüyüşü"-nə qatılan filistinlilərə, müxbirlər və səhiyyə işçilərinə qarşı törətdiyi hücumlara etiraz əlaməti olaraq ABŞ-ın Çikaqo şəhərində aksiya keçirilib.

ABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı İsrail rejiminin Fələstinin işğal olunmuş əraziləri ilə Qəzza sərhədindəki "Böyük Dönüş Yürüyüşü"-nə qatılan filistinlilərə, müxbirlər və səhiyyə işçilərinə qarşı törətdiyi hücumlara etiraz əlaməti olaraq ABŞ-ın Çikaqo şəhərində aksiya keçirilib.

İşğalçı rejimin Vaşinqtondakı səfiri Ron Dermerin Çikaqoya səfəri zamanı təşkil edilən etiraz aksiyası, şəhərin Lake Viev bölgəsindəki Anshe Emet sinaqoqunun qarşısında həyata keçirilib.

Etiraz aksiyasına yüzdən çox insan qatılıb. Aksiyada işğalçı İsrailin bölgədə həyata keçirdiyi hücumların soyqırım olduğu vurğulandı. Etirazçılar Fələstin bayraqları ilə yanaşı, vəzifə borcunu yerinə yetirərkən şəhid edilən Qəzzanın könüllü tibb bacısı Rəzzan ən-Nəccar və digər şəhidlərin şəkillərini daşıyıb.

Fərqli mədəniyyətlərdən, coğrafiyalardan onlarla insanı bir araya gətirən aksiyaya çox sayda yəhudi də qatılıb. "İşğala son qoyulmalıdır" , "Qüdsün İsrailin paytaxtı olması qəbul olunmazdır", və " Ədalət bərqərar olmayınca müqəddəs torpaqlarda sülh olmaz" şüarlarının səsləndiyi etiraz aksiyasında "İsrailə boykot", "Fələstin azad olmalıdır" və "ABŞ və İsrail Qüdsdən əl çək" yazılı pankartlar dalğalandı. /maide.az/

ABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTOABŞ-da işğalçı İsrail əleyhinə etiraz aksiyası - FOTO

Teqlər: iqna ، fələstin ، qəzza ، qüds ، sionist ، israil ، abş ، Əqsa ، intifaza
captcha