IQNA

"Beynəlxalq Qüds Günü" yürüşləri dünyanın 80-dan çox ölkəsində - FOTO

17:57 - June 08, 2018
Xəbər sayı: 3483292
Bu gün "Beynəlxalq Qüds Günü" münasibətilə paytaxt Tehran və ölkənin 900 şəhərində etiraz yürüşü keçirilir. “Beynəlxalq Qüds günü" mərasimləri dünyanın 80-dan çox ölkəsində keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün "Beynəlxalq Qüds Günü" münasibətilə paytaxt Tehran və ölkənin 900 şəhərində etiraz yürüşü keçirilir. Yürüş yerli vaxtla saat 10:30 –da ölkənin bütün şəhərlərində eyni vaxtda başlayıb. 

Fələstinin işğal edilməsinin 70 –ci ildönümü və müsəlmanların müqəddəs şəhərlərindən olan Qüdsün beynəxlalq qanunlara zidd olaraq ABŞ tərəfindən işğalçı sionist rejimin  “paytaxtı” elan edilməsi münasibətilə bu ilki Qüds günü yürüşləri “Beynəlxalq Qüds günü, müqavimətin qələbəsi, sionist-ABŞ fitnəsinin uğursuzluğu və Fələstin xalqının geri qayıtması qətiyyəti” şüarı ilə keçirilir.
Yürüşə qatılan İran xalqının müxtəlif təbəqələri işğalçı sionsit rejim və ABŞ-a qarşı şüarlar səsləndirib. 
“Beynəlxalq Qüds günü" mərasimləri dünyanın 80-dan çox ölkəsində keçirilir. 
Elcə də İrandakı "Qüds günü" yürüşləri xəbərlərini İranın daxilindən və xaricindən 5-dən çox fotoqraf, journalist və operator işıqlandıracaq. 
 
 
 
 
Teqlər: iqna ، sionist ، qüds günü ، fələstin ، israil
captcha