IQNA

Azərbaycanda Quran sərgisi keçirilir-FOTO

22:32 - June 25, 2018
Xəbər sayı: 3483373
Sərgidə Quranın fars, rus və azərbaycan dilində tərcüməsi həmçinin Quran təfisiri, tərcüməsi və Əhli-beyt (ə) haqqında şeirlər toplusu da nümayiş olunur.

Azərbaycanda Quran sərgisi keçirilir-FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində qədim əlyazma nüsxələrindən ibarət Qurani-Kərim sərgisi açılıb. 

Bu barədə məlumat verən "maide.az" informasiya portalı bildirir ki, sərgidə Quranın fars, rus və azərbaycan dilində  tərcüməsi, həmçinin Quran təfisiri, tərcüməsi və Əhli-beyt (ə) haqqında şeirlər toplusu da nümayiş olunur. 
Bu sərgidə təqdim olunan ən qədim Quran əlyazması 900 il öncəyə adidir. Ən kiçik Quran nüsxəsinin isə ölçüsü 1x1  santimetrdir. 
İncəsənət ustalarının ağac üzərində Quran ayələrinin oyma sənəti ilə yazılmış əl işəri izləyicilərin marağına səbəb olub. 
Aşağıda təqdim etdiyimiz fotolar "maide.az" informasiya portalına məxsusdur: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Teqlər: iqna ، sərgi ، bakı ، quran sərgisi
captcha