IQNA

İordaniya kralının ABŞ prezidenti Tramp ilə görüşünün təfərrüatı

19:25 - June 26, 2018
Xəbər sayı: 3483380
İordaniyanın kralı II Məlik Abdullah Amerikanın prezidenti Donald Tramp ilə Ağ Evdə görüşüblər. Onlar region məsələlərini, o cümlədən Fələstin məsələsini müzakirə ediblər.

İordaniya kralının ABŞ prezidenti Tramp ilə görüşünün təfərrüatıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın kralı II Məlik Abdullah Amerikanın prezidenti Donald Tramp ilə Ağ Evdə görüşüblər. Onlar region məsələlərini, o cümlədən Fələstin məsələsini müzakirə ediblər.

İordaniyanın kralı II Məlik Abdullah Amerikanın prezidenti Donald Trampın Ağ Evdəki görüşündə iki ölkə arasında strateji əməkdaşlıq, beynəlxalq və regional məsələlər barədə danışılıb.

Görüşdə həmçinin İordaniyanın iqtisadi problemləri, dövlətin bu iqtisadi böhranlar ilə mübarizə üçün layihə və proqramları barədə söhbət edilib. Amerika prezidenti bu barədə İordaniya dövlətinə dəstək olacağını vurğulayıb.

İordaniyanın kralı II Məlik Abdullah müzakirə zamanı Fələstində sülh məsələsinə işarə edərək deyib: Fələstin məsələsinin yeganə həll yolu bu torpaqlarda müstəqil Fələstin dövlətinin qurulması və Şəqri Qüdsün paytax olaraq tanınmasıdır.

http://iqna.ir/fa/news/3725742

Teqlər: iqna ، tramp ، İordaniya ، fələstin ، ağ ev
captcha