IQNA

Məhəmməd Təntavi:

Atamın arzusu Əqsa məscidində Quran oxumaq idi

15:37 - June 27, 2018
Xəbər sayı: 3483384
Atam Quran məclislərinə məni də özü ilə aparırdı. Qardaşlarım Əhməd və Məhmud da Quran qarisidirlər, amma atam mənim oxumağımdan daha çox xoşlandırdı və deyirdi ki, "bu Təntavinin səsidir".

Atamın arzusu Əqsa məscidində Quran oxumaq idiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şeyx Məhəmməd Əbdülvəhab Məhəmməd Təntavi Misrin məşhur qarilərindən və beynəlxalq Quran yarışlarının hakimlərindən biri idi. O, 1947-ci ildə Misrin Dehqəliyyə əyalətinin Nəsimiyyə qəsəbəsində anadan olmuşdu. On yaşından öncə atasının təşviqi ilə Qurani-Kərimi hifz etmişdi. Ali dini təhsilini Mənsurə şəhərində alandan sonra Əl-Əzhərin məşhur Quran ustadlarından biri oldu.

Təntavi doğma vətəni olan Dehqəliyyənin Vəqflər idarəsində vaizlik edirdi. 1975-ci ildən 1985-ci ilədək bu şəhərdə dini təbliğ ilə məşğul oldu. Ömrünün 50 illini təbliğ və qiraətə məşğul olan Təntavi həm də gözəl səsə malik olduğu üçün ona "Dehqəliyyə bülbülü" adı vermişdilər.

Mərhum Şeyx Məhəmməd Əbdülvəhab Məhəmməd Təntavi keçən ilin (2016) İyun ayında fani dünya ilə vidalaşdı.    

Misrin məşhur və beynəlxalq dərəcəli qarisi mərhum Şeyx Məhəmməd Əbdülvəhab Təntavini oğlu Seyid Məhəmməd Təntavi atası barədə deyir: Ömrünü Qurana həsr edən atamı hamı sevirdi. Onun tərəfdarları indi də ətraf rayon və kəndlərdən onun qəbrinin ziyarətinə gəlirlər. Onun müridlərindən bəziləri hətta atamla səfərə çıxırdılar ki, təbliğ səfərlərində onun qiraətini dinləsinlər.

O deyir: Atamın ən böyük arzusu bu idi ki, canı və qanı bahasına olsa da delə, günlərin birində Əqsa məscidində Quran qiraət etsin. Kəhf surəsini və Məryəm surəsinin ilk ayələrini oxumağı çox xoşlayırdı. Həmçinin bizə tövsiyə edirdi ki, Qurana çox müraciət edək və çox Quran oxuyaq. Quran məclislərinə məni də özü ilə aparırdı. Qardaşlarım Əhməd və Məhmud da Quran qarisidirlər, amma atam mənim oxumağımdan daha çox xoşlandırdı və deyirdi ki, "bu Təntavinin səsidir".

http://iqna.ir/fa/news/3725237

ادیت شده؛ فرزند طنطاوی: تلاوت در مسجدالاقصی آرزوی مرحوم پدرم بود

آرزو دارم در مسجدالأقصی قرآن بخوانم حتی اگر بهایش مرگ باشد

آرزو دارم در مسجدالأقصی قرآن بخوانم حتی اگر بهایش مرگ باشد

ادیت شده؛ فرزند طنطاوی: تلاوت در مسجدالاقصی آرزوی مرحوم پدرم بود

Teqlər: iqna ، quran ، misr ، qiraət ، tilavət ، təntavi
captcha