IQNA

İraqda "II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı"na dəvət

20:46 - June 29, 2018
Xəbər sayı: 3483392
İmam Hüseyn (ə) hərəminin nəzdində fəaliyyət göstərən "Kərbəla araşdırma və tədqiqat mərkəzi" cari ilin payız aylarında "II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı" keçiriləcəyi barədə xəbər verib.

İraqda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Kərbəla araşdırma və tədqiqat mərkəzi" cari ilin payız aylarında "II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı" keçiriləcəyi barədə xəbər verib.

İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Kərbəla araşdırma və tədqiqat mərkəzi" bu barədə elan yayaraq daxili və xarici alimləri, araşdırmaçıları və universitet tələbələrini Kərbəla şəhərində keçiriəcək bu konfransda iştirak etməyə dəvət edib.

Bu elmi konfrans "Ərbəin ziyarəti, özünüislah meracı və mənəvi təlim metodu" adı ilə keçiriləcək və konfransa göndərilmiş məqalələr "əs-Sibt" elmi jurnalında çap ediləcəkdir.

İraqda keçiriləcək "II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı"nın əsas hədəfi Ərbəin ziyarətini sənədləşdirmək, bu dini və ictimai simvolun İraqın və dünyanın mədəni irsi və mədəniyyətindəki rolunu açıqlamaq və bu ziyarətin bəşəriyyət üçün faydalarını bəyan etməkdir. Digər hədəfi Ərbəin ziyarətindən dinlərarası dostluq münasibətlərinin möhkəmlənməsindəki təsirindən faydalanmaqdır.

Bu konfransda iştirak etmək istəyənlər cari ilin Sentyabr ayının birinədək məqalələrini "WORD" formatında və öz tərcümeyi-halları ilə birlikdə konfransın elmi komitəsinə göndərməlidirlər.

http://iqna.ir/fa/news/3726191

captcha