IQNA

Hindistanlı tacirin əlyazma Quranı sərgiyə çıxarıldı

9:15 - July 02, 2018
Xəbər sayı: 3483406
İİR-nın Hindistandakı Mədəniyyət Əlaqələri İdarəsi bu barədə məlumat verərək bildirib ki, Kəşmir və Camu əyalətinin mərkəzi olan Səringər şəhərində 35 ildən sonra ilk dəfə Quran səgirisi keçirilib.

Hindistanlı tacirin əlyazma Quranı sərgiyə çıxarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Hindistandakı Mədəniyyət Əlaqələri İdarəsi bu barədə məlumat verərək bildirib ki, Kəşmir və Camu əyalətinin mərkəzi olan Səringər şəhərində 35 ildən sonra ilk dəfə Quran səgirisi keçirilib.

Hindistanın Səringər şəhərində keçirilən bu ümumi sərgidə hindistanlı tacir Sureş Ubrelin əlyazma Qurani-Kərim nüsxəsi nümayiş olunub. Sureş Ubrelin sülalə xəzinəsindən sayılan bu Quran nüsxəsi ilk dəfədir ki, sərgiyə çıxarılır.

Bu Qurani-Kərim nüsxəsi hünsxətt ilə kağız, parça və dəri üzərinə işlənmişdir. Tacir bu Quran nüsxəsini sərgiyə çatdırmaq üçün 300 km. məsafəlik yolu qət etmişdir.

Özü ilə sərgiyə digər 40 əlyazma nüsxə də gətirən tacirin dediyinə görə, bu Quran nüsxəsi onun babasına aiddir və onların ailəsində 100 ildən çox tarixi vardır. Babası qədim nüsxələri toplamaqda maraqlı biri imiş.

Bu sərgi Kəşmir və Camu əyalətinin dil, mədəniyyət və incəsənət muzeyi tərəfindən beş  gün müddətində keçiriləcəkdir. Sərgidə 5 min nüsxə əlyazma, 25 kilo ləl-cəvahir, 950 minyatür və "seyk"lərin rəhbərinin iki çıxışı nümayiş edilir.

Həmçinin Kəşmirin ən qədimi əlyazma Quran nüsxəsi hesab edilən və 1237-ci hicri-qəməri ilində Fəthullah Kəşmirinin xətti ilə yazılmış Quran nüsxəsi də sərgiyə çıxarılmışdır.

http://iqna.ir/fa/news/3726872

captcha