IQNA

Ərəbistanın Yəməndə bir məktəbə hava hücumunda üç nəfər ölüb

11:45 - July 03, 2018
Xəbər sayı: 3483410
Səudiyyə Ərəbistanının Yəmənin qərbində əl-Hüdəydə vilayətində bir məktəbə hava hücumunda üç sivil həlak olub.
Ərəbistanın Yəməndə bir məktəbə hava hücumunda üç nəfər ölübIQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Əl-Məsirə televiziyasının məlumatına görə, səudiyyəli qırıcılar bazar ertəsi günü əl-Hüdəydə vilayətində Zübeyd və Ət-Tühəyta rayonlarında bir məktəb və bir restoranı atəşə tutublar. Nəticədə üç sivil həlak olub, üç nəfər də yaralanıb. 

Səudiyyəli təcavüzkar koalisiya qüvvələri ABŞ, İngiltərə və Fransanın dəstəyi ilə əl-Hüdəydə liman şəhərində sivillərin həyatının təhlükəyə düşməsi haqda beynəlxalq təşkilatların xəbərdarlıqlarına rəğmən 13 iyundan bu şəhərə hücuma başladılar. Lakin indiyədək bu şəhəri və ya limanı işğal edə bilməmiş və çoxlu itkilər almışlar. 
 
captcha