Səudiyyə Ərəbistanının Yəmənin qərbində əl-Hüdəydə vilayətində bir məktəbə hava hücumunda üç sivil həlak olub.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Əl-Məsirə televiziyasının məlumatına görə, səudiyyəli qırıcılar bazar ertəsi günü əl-Hüdəydə vilayətində Zübeyd və Ət-Tühəyta rayonlarında bir məktəb və bir restoranı atəşə tutublar. Nəticədə üç sivil həlak olub, üç nəfər də yaralanıb.