IQNA

1:01 - July 07, 2018
Xəbər sayı: 3483426
Filippinin və paytaxt Manil şəhərinin baş yepiskopu İran İslam Respublikasının onlara hədiyyə etdiyi Quran ayəsi yazılmış lövhənin qarşılığında təşəkkür məktubu göndərib.

Filippinin baş yepiskopu Quran ayəsinə görə İrana təşəkkür etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippinin katolik yepiskoplar konfransı təşkilatının (CBCP) rəisi, Filippinin və paytaxt Manil şəhərinin baş yepiskopu İran İslam Respublikasının onlara hədiyyə etdiyi Quran ayəsi yazılmış lövhənin qarşılığında təşəkkür məktubu göndərib.

İran İslam Respublikasının Filippinin paytaxtı Manildə yerləşən Mədəniyyət Əlaqələri İdarəsinin İQNA-ya verdiyi məlumatda deyilir ki, İran İslam Respublikası Manildə keçirəcəyi dinlərarası dialoq sərgisində Filippinin katolik yepiskoplar konfransı təşkilatının rəisi, Filippinin və paytaxt Manil şəhərinin baş yepiskopu Kardinal Tagleyə (Rumulu Ci Vays) Quran ayəsi yazılmış lövhə hədiyyə edəcək. Bu barədə məlumat alan baş yepiskop İran İslam Respublikasının Qurani hədiyyəsinə öncədən öz təşəkkürünü və bundan xoşhal olduğunu bildirib.

Qeyd edək ki, Filippinin paytaxtı Manildə yaxın günlərdə keçiriləcək dinlərarası dialoq sərgisinə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi Qurani-Kərimin Ali-İmran surəsinin 45-ci ayəsi yazılmış lövhə hədiyyə edəcək.

http://iqna.ir/fa/news/3727951

Ad:
E-poçt:
* Comment:
* captcha: