IQNA

19:16 - July 07, 2018
Xəbər sayı: 3483430
Təndis Təqəvinin incəsənət əsəri olan Quran ayəsi yazılmış hədiyyəni Antonio Tagleyə İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmməd Cəfəri Məlik təqdim edib.

İran Quran ayəsi yazılmış lövhəni Papanın müşavirinə hədiyyə etdi- VideoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin şənbə günü, 7 İyul 2018-ci il, Filippinin paytaxtı Manil şəhərində katolik yepiskoplarının 117-ci illik konfransı keçirilib.

Konfrans çərçivəsində İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə "dinlərarası dailoq" mövzusunda Quranın hüsnxətt sərgisi də təşkil edilib.

Sərgidə nümayiş olunan Quran lövhəsi ki, üzərinə Həzrət Məryəm və İsadan (ə_ bəhs edən Ali-İmran surəsinin 45-ci ayəsi nəstliq hüsnxətt ilə yazılmışdı, Papa Fransisin Asiyada dini işlər üzrə müavini, Vatikanda Asiya üzrə dini işlərin baş katibi və Filippinin baş yepiskopu kardinal Antonio Tagleyə hədiyyə edilib.

İranlı incəsənət ustası xanım Təndis Təqəvinin incəsənət əsəri olan Quran ayəsi yazılmış hədiyyəni Antonio Tagleyə İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmməd Cəfəri Məlik təqdim edib.

Quran ayəsi yazılmış lövhənin təqdimatı mərasimini qarşıdakı linkdə izləyə bilərsiniz:  ANTONİO TAGLE

اهدای تابلوی قرآنی ایران به مشاور پاپ+فیلم

مراسم اهدای تابلوی قرآنی ایران به مشاور پاپ+ فیلم

http://iqna.ir/fa/news/3728361   

 

Teqlər: iqna ، filippin ، məryəm ، isa ، vatikan ، papa ، katolik
Ad:
E-poçt:
* Comment:
* captcha: