IQNA

Belçika rəsmisi Brüksel məscidinin bağlanmasını tələb etdi

8:54 - July 08, 2018
Xəbər sayı: 3483435
Belçikanın Brüksel şəhərinin icra hakimiyyətinin məzhəbi işçisi bu şəhərin böyük məscidinin bağlanmasını və faəliyyətinin tamamilə dayandırılmasını tələb edib.

Belçika rəsmisi Brüksel məscidinin bağlanmasını tələb etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Belçikanın Brüksel şəhərinin icra hakimiyyətinin məzhəbi işçisi bu şəhərin böyük məscidinin bağlanmasını və faəliyyətinin tamamilə dayandırılmasını tələb edib.

Bu məsul içi iddia edib ki, bütün məscidlərdə azad təfəkkürün yayılması üçün zəmin yaratmaq və bu məsələni nəzarətə götürmək lazımdır.  

Belçikanı təhdid edən məsələlərin araşdırılması bölümü bundan öncə xəbər yaymışdı ki, Brükselin bəzi məscidlərində, xüsusi ilə də Brükselin İslami abidələrindən sayılan böyük məsciddə təkfirçiliyi, radikalizmi və ifratçılığı yayan və anti-yəhud kitablar mövcuddur.

Təhlükəsizlik işi üzrə araşdırma aparan bu bölmənin 2017-ci ilə verdiyi hesabatına görə, Brükselin böyük məscidinin idarə heyəti radikalizmi yaymaqda müttəhəm olunublar.

Qeyd edək ki, Brüksel dövləti 1971-ci idlə Səudiyyə Ərəbistanı ilə ikitərəfli razılaşma əsasında Avropa Şurasının 200 metirliyində yerləşən Brükselin ən böyük məscidinin idarəçiliyini Səudiyyəli vəhabilrə tapşırıb. Cari ilin ilk aylarında isə məscid imamlarının radikalizmi təbliğ etdiyinə görə, bu məscid Səudilərdən geri alıb. Mövcud sənədlərə göər, 2015-ci və 2016-cı illərdə bu məscidin üzvləri məscidin imamlarının çıxışlarından təsirlənərək bəzi terror qruplarında üzv olublar.

http://iqna.ir/fa/news/3728128  

Teqlər: iqna ، belçika ، bürüksel ، radikalizm
captcha