IQNA

Almaniyanın Saarland əyalətində müsəlman qəbiristanlığı açıldı

23:41 - July 11, 2018
Xəbər sayı: 3483452
Saarland əyalətində müsəlmanlar üçün İslam şəriətinə uyğun olaraq xüsusi qəbiristanlıq istifadəyə verilib. Qəbiristanlığın açılış mərasimində yerli məsullar və partiya nümayəndələri iştirak ediblər.

Almaniyanın Saarland əyalətində müsəlman qəbiristanlığı açıldı İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Saarland əyalətində müsəlmanlar üçün İslam şəriətinə uyğun olaraq xüsusi qəbiristanlıq istifadəyə verilib. Qəbiristanlığın açılış mərasimində yerli məsullar və partiya nümayəndələri iştirak ediblər.

Qəbiristanlığın açılış mərasimi Markos Hufled (Mersig rayonunun bələdiyyə başçısı), Ərkan Qəhvəçi (Türkiyə Diyanət Vəqfinin nəzdində fəaliyyət göstərən Türkiyə İslam İttihadının Saarland şöbəsinin rəisi) və bir sıra digər ictimai şəxslərin iştirakı ilə keçirilib.

Açılış mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra Türkan Şahid qəbiristanlığın alınması üçün Almaniya rəsmiləri ilə müzakirələri barədə danışıb.

Mərasimin davamında çıxış edən Markos Hufled (Mersig rayonunun bələdiyyə başçısı) deyib ki, biz çalışırıq bütün dinlərin nümayəndələri ilə qarşılıqlı ehtiram və hörmət çərçivəsində rəftar edək və bu qəbiristanlığın açılması da digər dinlərin ardıcıllarına olan sayğımızın göstəricisidir.

Bu qəbiristalıq Saarland əyalətinin Mertsig şəhərində məsihilərin qəbiristanlığının daxilində yerləşir, hazırda 20 qəbir üçün yer vardır və gələcəkdə genişləndirilməsi nəzərdə tutulmuşdur.

http://iqna.ir/fa/news/3729176/

 

captcha