IQNA

9:01 - July 13, 2018
Xəbər sayı: 3483459
Beynəlxalq Əfv Təşkilatının bəyaniyyəsində deyilir: “Birləşmiş Ərəb Əmirlikləri Yəmənin cənubunda dövlətə qarşı vuruşan müttəfiq qruplarla birgə müharibə cinayətləri törədir.”

Birləşmiş Ərəb əmirlikləri Yəmən cinayətlərinin birbaşa iştirakçısıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beynəlxalq ƏFV Təşkilatının yayımladığı bəyaniyyədə deyilir ki, “Birləşmiş Ərəb Əmirlikləri Yəmənin cənubunda dövlətə qarşı vuruşan müttəfiq qruplarla birgə müharibə cinayətləri törədir.” 

Bu barədə "maidə.az" saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu məsələ Beynəlxalq Əfv Təşkilatının yayımladığı açıqlamada göstərilmişdir. Hesabatda qeyd olunur ki, Yəmənin cənubundakı qeyri-qanuni həbsxanalarda qanunsuz həbslər, kütləvi işgəncələr və digər cinayətlərdə BƏƏ birbaşa iştirak edir. 
Həbsdə olanların həyatlarını itirmək təhlükəsi ilə üz-üzə olduğu qeyd edilir. Təşkilatın hesabatında əllərində 2016-2018-ci illəri əhatə edən 51 müharibə cinayəti faktının olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, təşkilat işğalçı BƏƏ-ni Yəməndə həyata keçirdiyi müharibə cinayətlərini dayandırmağa səsləyib.
 
Ad:
E-poçt:
* Comment:
* captcha: