IQNA

0:49 - July 14, 2018
Xəbər sayı: 3483466
Misrli "qəlbinur" (görmə qüsurlu) və azyaşlı xanım Hünəyn Əşrəf Əbul-Eynəyn Məhəmməd baxmayaraq ki, gözləri görmür və həm xərçəng xəstəsidir, Qurani-Kərimi əzbərləyib.

Azyaşlı və görmə qüsurlu Quran hafizi XƏRÇƏNG ilə mübarizə aparırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrli "qəlbinur" (görmə qüsurlu) və azyaşlı xanım Hünəyn Əşrəf Əbul-Eynəyn Məhəmməd baxmayaraq ki, gözləri görmür və həm xərçəng xəstəsidir, Qurani-Kərimi əzbərləyib.

Onun indi 9 yaşı var və Şərqiyyə əyalətinin Qərin şəhərində "əl-Əzhər" təkim mərkəzinin ibtidayilər üçün dörüncü sinifində oxuyur.

O, ömrünün 9 ayında ikən xərçəng xəstəliyinə tutulub. Bu xəstəliyə tutulduqdan cəmi 2 ay sonra gözlərinin nurunu itirib. Amma bunun əvəzində Allah ona qəlb nuru və səbir verib ki, xəstəliyi ilə vuruşa bilsin. Onun dözümü əyalətin bütün həkimlərini heyrətdə qoyub.

Xərçəng ilə vuruşan Hünəyn 3 yaşında Quranı əzbərləməyə başlayıb və 7 yaşında bütün Quranı əzbərləyib. Misrin 15 milli Quran yarışında iştirak edib və nailiyyətlər qazanıb. Belə ki, üç il ardıcıl olaraq əl-Əzhər təlim mərkəzinin Quran yarışlarının birincisi olub.  

Hüneynə bu yolda anası Etimad Fəthi və atası Əşrəf Əbul-Əynəyn səbirli yoldaş olublar. Bu ağır sınağı birlikdə başa vurmağa çalışırlar. O, Quranın birinci cüzini də anasının köməyi ilə əzbərləyib və bundan sonra Quran təlim kurslarına qoşulub.     

http://iqna.ir/fa/news/3729161

کودک روشندل مصری در هفت سالگی حافظ قرآن شد

کودک روشندل مصری در هفت سالگی حافظ قرآن شد

کودک روشندل مصری در هفت سالگی حافظ قرآن شد

Ad:
E-poçt:
* Comment:
* captcha: