IQNA

12:19 - July 15, 2018
Xəbər sayı: 3483473
İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzində Həzrət Məsumənin (ə) mübarək mövludu münasibətilə bayram mərasimi keçiriləcək.

İsveçdə Həzrət Məsumənin (s) mövlud mərasimi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzində Həzrət Məsumənin (ə) mübarək mövludu münasibətilə bayram mərasimi keçiriləcək.

İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzi şiələrin 7-ci məsum imamı Həzrət İmam Kazimin (ə) qızı və 8-ci imam Həzrət İmam Rzanın (ə) müqəddəs Qum şəhərində dəfn edilmiş bacısı Həzrət Məsumənin (ə) mübarək mövludu münasibəti ilə bəyaniyyə yayaraq bu münasibət ilə müsəlmanlara təbrik deyib.

Bəyaniyyədə qeyd edilir ki, Həzrət Məsumənin (ə) mübarək mövludu münasibətilə gələn həftənin Cüməaxşamı günü, 18 İyul 2018-ci il, İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzində bayram mərasimi keçiriləcək. Mərasimdə mövludnamə, mədhiyyə və şer oxunacaq və digər şad proqramlar olacaqdır.

Mərasim həmin mərkəzin müsəllasında Əhli-Beyt (ə) aşiqlərinin iştirakı və Kümeyl duasının qirəti ilə başlayacaq.

Qeyd edək ki, bu gün, həftənin bazar günü, 15 İyul 2018-ci il, mübarək Zil-Qədə ayının biri və Həzrət Məsumənin (ə) doğum günüdür. Bu mübarək gün İran İslam Respublikasında "qızlar günü" kimi qeyd edilir.     

http://iqna.ir/fa/news/3730014

 

Teqlər: iqna ، isveç ، islam mərkəzi ، məsumə ، qum ، mövlud
Ad:
E-poçt:
* Comment:
* captcha: