IQNA

6:41 - July 16, 2018
Xəbər sayı: 3483482
Məscidin tikilişində istifadə edilmiş tikinti avadanlıqları və memarlıq metodu göstərir ki, məscid müsəlmanlar tərəfindən İslamın ilk əsirlərində tikilib və İslam tarxinin ilk dövrlərinə aiddir.

Qazıntılar zamanı qədim məscid tapıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın paytaxtı Riyaz şəhərindəki milli irs və turizm idarəsi "əd-Dəvadmi" əyaləti ərazisində qazıntılar zamanı İslamın ilk əsirlərinə aid olan bir neçə qədimi eksponant, tikili və məscid kəşf ediblər.

Riyazın milli irs və turizm idarəsinin qazıntı qrupunun ərisi Əcəb Ətibi bu barədə mətbuata xəbər verərək deyib: Qazıntı işləri aparan tədqiqatçılar Dəvadmi əyalətinin "Hulliyyət" qəsəbəsində qazıntı apardıqları zaman qədim bir məscidin qalıqlarını tapıblar.

Bu qədim məscidin tikilişində istifadə edilmiş tikinti avadanlıqları və memarlıq metodu göstərir ki, məscid müsəlmanlar tərəfindən İslamın ilk əsirlərində tikilib və İslam tarxinin ilk dövrlərinə aiddir. Məscidin ətrafında həyətli evlər, anbarlar və dəmir əritmək üçün sobalar da mövcuddur.

Qazantı zamanı kuzə, şüşə və torpaq qablar və tərəzi kimi digər məişət avadanlıqlarının qalıqları da tapılıb. Bu isə həmin ərazidə məskunlaşan müsəlmanların ticari və iqtisadi fəaliyyətlərin də olduğunu göstərir.

Ərazidə tapılan əşyalar bu regionda yaşayan müsəlmanların tarixinin və mədəniyyətinin bir hissəsini göstərir. Bu əşyaların üzərində aparılan analizlərə əsasən tapılan eksponantların tarixi Əməvilər dövrünə və Abbasilər dövrünün ilk illərinə qayıdır.     

http://iqna.ir/fa/news/3729954  

Ad:
E-poçt:
* Comment:
* captcha: