IQNA

8:52 - July 17, 2018
Xəbər sayı: 3483485
Alman şahzadəsinin Aşura vaqeəsinə əlaqəsinin göstəricisi olan və 140 il öncə yazılmış bir kitab son günlərdə yenidən çap edilib.

Alman şahzadəsi İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Alman şahzadəsinin Aşura vaqeəsinə əlaqəsinin göstəricisi olan və 140 il öncə yazılmış bir kitab son günlərdə yenidən çap edilib.

İran İslam Respublikasının Berlindəki Mədəniyyət Evi keçən il keçirdiyi işgüzar bir iclasda naməlum bir şəxs Mədəniyyət Əlaqələri İdarəsinin nümayəndəsinə yaxınlaşaraq ona 2 gb-lıq bir yaddaşt kartı verir.

Mədəniyyət Əlaqələri İdarəsinin araşdırmalarından sonra məlum olur ki, yaddaşt kartında olan materail əslində 140 il bundan öncə Almaniya şahzadəsinin istəyi ilə ölkənin cənubi əyalətlərindən birində tərcümə və bir neçə nüsxə tirajla çap edilmiş 225 səhifəlik İmam Hüseyn (ə) məqtəlidir.

Bu nüsxə iranlı əhli-sünnə tarixçisi Məhəmməd ibn Cərir Təbərinin məşhur tarix kitabındakı Əbu Mixnəfin Kərbəla hadisəsi barədə yazdığı məqtəlin 140 il öncə Alman şahzadəsinin istəyi ilə Almancaya tərcüməsidir. Deməli həmin nüsxə yüz qırx il öncə çox az sayda tirajla çap edilsə də heç kimin bundan xəbəri olmur və bu tərcümə tarixdə itir. Amma bu günlərdə sanki qeybdən bir əl həmin tərcümənin qədim nüsxəsinin yenidən meydana çıxardır və kitab İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən yenidən çap edilir.

Əbu Mixnəf Lut ibn Yəhya ibn Səid ibn Mixnəf Süləym əl-Ğamidi əl-Əzdi Kufə şəhərində yaşmamış və Kərbəla hadisəsinin şadilərini dinləmiş şiə tarixçisidir. Onun Kərbəla hadisəsi barədə yazdığı məlumatlardan Təbəri öz tarixində geniş istifadə etmişdir.  

Bu barədə videonu qarşıdakı linkdən izləyin: Alman Şahzadəsi və İMAM HÜSEYN (ə)

 http://iqna.ir/fa/news/3730353

Ad:
E-poçt:
* Comment:
* captcha: