IQNA

17:50 - July 18, 2018
Xəbər sayı: 3483496
Çin dövləti rəsmiləri yay tətilindən səmərəli istifadə, uşaqların yaxşı istirahət etməsi və dərsləri üzərində mərkəzləşməsi bəhanəsi ilə bu qadağaları tətbiq ediblər.

Çində müsəlman uşaqlarına din təlimləri qadağan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin Gansu əyalətinin Lin Şay şəhərində on altı yaşından aşağı müsəlman uşaqlarına dini maarifin öyrədilməsi qadağan edildi.

"Kiçik Məkkə" adlanan bu şəhərin məscid imamlarından biri deyir: Əvvəllər yay tətili boyunca təşkil edilən dini təlim kurslarında mindən çox uşaq və yeniyetmə iştirak edirdilər. Amma dini maarifinin uşaqlara təlim edilməsi qadağan olunduqdan sonra onlar bu təlim kurslarında iştirak edə bilmirlər. Hazırda bu siniflərdə və təlim kurslarında sayı 20-dən çox olmamaqla 16 yaşından yuxarı olan və dövlətdən rəsmi icazə alan cavanlar iştirak edə bilərlər.

Çin dövləti rəsmiləri yay tətilindən səmərəli istifadə, uşaqların yaxşı istirahət etməsi və dərsləri üzərində mərkəzləşməsi bəhanəsi ilə bu qadağaları tətbiq ediblər.

Qeyd edək ki, Çinin Gansu əyalətinin mərkəzi olan Lin Şay şəhəri dini azadlığın mərkəzi sayılırdı.   

http://iqna.ir/fa/news/3731045  

Teqlər: iqna ، çin ، lin şay ، dini qadağa
Ad:
E-poçt:
* Comment:
* captcha: