IQNA

11:43 - July 21, 2018
Xəbər sayı: 3483504
Səudiyyə Ərəbistanın Mədinə şəhərində yerləşən Peyğəmbər (s) məscidinin (Məscidun-Nəbi) keçmiş dini elmlər ustadı Şeyx Əli ibn Səid əl-Ğamidi və onun tələbələri həbs edilib.

Peyğəmbər (s) məscidinin müəllimi həbs edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali-Səud rejiminin cəlladları İnsan hüquqları müdafiəçiləri və aktivistlərinə və həmçinin dövlətə etiraz bildirən dini mübəlliğlərə və alimlərə təzyiqlərini davam etdirir.

Səudiyyə Ərəbistanın Mədinə şəhərində yerləşən Peyğəmbər (s) məscidinin (Məscidun-Nəbi) keçmiş dini elmlər ustadı Şeyx Əli ibn Səid əl-Ğamidi və onun tələbələri həbs edilib.

İnsan hüquqları aktivistlərinin "SÖZ MƏHBUSLARI" adlı sosial şəbəkə səhifəsində Peyğəmbər (s) məscidinin (Məscidun-Nəbi) keçmiş dini elmlər ustadı Şeyx Əli ibn Səid əl-Ğamidi və onun tələbələri tutuqlanması barədə məlumat yayıb.

Bu məlumatda deyilir ki, Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri Şeyx Ğamidinin evinə hücum edərək şeyxin özünü və onun qonağı olan qardaşı, vəkili və beş nəfər tələbəsi həbs ediliblər.

Ali-Səud rejimi Şeyx Ğamidinin xəstə olduğunu və oksijen balonu ilə yaşadığını bilsə də buna əhəmiyyət vermədən Şeyxə qarşı zor tətbiq edib.

Qeyd edək ki, bir həftə öncə Ali-Səud rejimə etiraz edən digər Şeyx Səfər Həvali də həbs edilmişdi. O, "müsəlmanlar və qərb mədəniyyəti" adlı kitabında Səudiyyə sülaləsinin hakimlərinə, vəhabi şeyxlərinə və din təbliğatçılarına bir sıra tövsiyələr vermiş və buna görə də vəhabi şeyxlərin qəzəbinə düçar olaraq həbs edilmişdi.

İnsan hüquqları aktivistlərinin məlumatında qeyd edilir ki, həbs edilən müxaliflərin fiziki vəziyyəti yaxşı deyil. Şeyx Səfər Həvali, Şeyx Salman Övdət və digərləri xəstədirlər.

Səudiyyə Ərəbistanı rəsmilərinin həbs edilənlərlə bağlı xəbərləri məxfi saxlamaq üçün səylərinə baxmayaraq çölə sızan məlumatarda deyilir ki, rejimin siyasətlərinə etiraz edərək həbs olunanlar işkəncə edilirlər. Amma bununla belə onlar günahkar olduqlarına etiraf etmir və öz mövqelərindən geri çəkilmirlər.

http://iqna.ir/fa/news/3731744

Ad:
E-poçt:
* Comment:
* captcha: