
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Sionist rejim parlamenti bir neçə gün öncə bir qanunu təsdiqlədi. Bu qanuna əsasən işğal olunmuş ərazilərdə yaşayan fələstinli müsəlman və xristianların özmüqəddəratını təyinetmə hüququ yoxdur və bu hüquqa sadəcə yəhudilər malikdir.
Bu qanun elə bir halda təsdiqləndi ki, beynəlxalq qınaqlara rəğmən təcavüzkar İsrail rejimi öz qəsəbələrini genişləndirmək üçün Fələstini və Qüds-Şərifi yəhudiləşdirmək məqsədilə hər gün Fələstinin torpaqlarını müsadirə edir.
Bu planla yanaşı ABŞ "Əsrin Sazişi" adı altında "işğalçılar və fələstinlilərin münasibətlərinin normallaşdırılması" prosesini başlatmaq üçün qeyri-rəsmi planını irəlilədir. Məqsəd Fələstin ərazilərinin yəhudiləşdirilməsi planını möhkəmləndirməkdir.