IQNA

12:44 - July 24, 2018
Xəbər sayı: 3483528
Azərbaycan dilində danışan oxucular üçün nəzərdə tutulmuş bu kitab 1000 nüsxə tirajla çapdan çıxıb və müsəlmanların istifadəsi üçün məscid və kitabxanalara paylanılıb.

Cəfər Sübhaninin kitabı Azəri dilinə tərcümə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalına istinadla  verdiyi xəbərə görə, şiələrin təqlid mərcəsi, müfəssir, tarixçi, fəqih, mütəkəllim, əllamə Həzrət Ayətullah Üzma Səfər Sübhani Təbrizinin qələmə aldığı "Zendeqaniye Peyambəre İslam (s)" (İslam Peyğəmbərinin (ə) həyatı) kitabı "İslam tarixi" adı ilə Azərbaycan dilinə tərcümə edilib.

İslamın ilk çağları və İslam Peyğəmbərinin (s) həyatından danışan bu kitab İran İslam Respublikasının Gürcüstandakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü və Gürcüstan Müsəlmanları İdarəsinin həmkarlığı ilə Azəri dilinə tərcümə və nəşr edilib.

Azərbaycan dilində danışan oxucular üçün nəzərdə tutulmuş bu kitab 1000 nüsxə tirajla çapdan çıxıb və müsəlmanların mütaliəsi üçün məscid və kitabxanalara paylanılıb.

Kitab, Gürcüstan müsəlmanlarının, xüsusi ilə də cavan nəsilin İslam tarixi ilə tanış edilməsi zərurəti və həmçinin müsəlmanların İslam maarifini öyrənmək üçün göstərdiyi maraq nəzərə alınaraq tərcümə və çap edilib.

Azəri dilli müsəlmanların bu kitabdan daha səmərəli istifadə etməsi və kitabın hamıya çatması üçün tərcümənin elektron versiyası Gürcüstan Müsəlmanları İdarəsinin rəsmi saytında da yerləşdirilib.

http://iqna.ir/fa/news/3732707

Teqlər: iqna ، sübhani ، cəfər ، islam tarixi
Ad:
E-poçt:
* Comment:
* captcha: