IQNA

7:35 - July 25, 2018
Xəbər sayı: 3483534
Amerika "dini azadlıqların gücləndirilməsi" beynəlxalq konfransa evsahibliyi edir. Bu beynəlxalq konfrans 24 İyul 2018-ci il Amerikanın paytaxtı Vaşinqtonda öz işinə başlayıb və üç gün davam edəcəkdir.

ABŞ dini azadlıqların gücləndirilməsi konfransına evsahibliyi edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika "dini azadlıqların gücləndirilməsi" beynəlxalq konfransa evsahibliyi edir. Bu beynəlxalq konfrans, dünən, həftənin ikinci günü, 24 İyul 2018-ci il Amerikanın paytaxtı Vaşinqtonda öz işinə başlayıb və üç gün davam edəcəkdir.

Tarixdə ilk dəfə Amerikanın paytaxtı Vaşiqntonda keçirlən bu beynəlxalq konfransın əsas hədəfi dövlətlərin dini azadlıq qanunlarına əməl etməsi yönündə müsbət nəticələrin əldə edilməsi və bu barədə həqiqi dəyişikliklər yaratmaqdır.

Vaşiqntonda keçirilən "dini azadlıqların gücləndirilməsi" beynəlxalq konfransına dünyanın 80 ölkəsinin başçısı dəvət edilmişdir. Bu konfransda dünyanın 175 mədəni mərkəzi və 100 nəfər dini rəhbəri iştirak edəcəkdir.  

http://iqna.ir/fa/news/3732987

Teqlər: iqna ، abş ، dini azadlıq ، vaşinqton
Ad:
E-poçt:
* Comment:
* captcha: