IQNA

22:51 - July 27, 2018
Xəbər sayı: 3483545
Yarışda 40-dan çox azyaşlı qız uşaqları iştirak etdi. Növbəti yarış bu ayın 29-da azyaşlı oğlanlar arasında olacaq.

Tbilisidə azyaşlılar arasıdna Quran müsabiqəsi - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, artıq neçə ildir ki, Tbilisidə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşaqları arasında Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar  təşkil olunur. 

Maide.Az xəbər verir ki, keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən onlarla oğlan və qız uşaqları  hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayırlar. 

Bu il üçün təşkil olunan yarışa bu gün Tbilsidə yerləşən “Əhli-beyt” məscidində start verildi. Yarışda 40-dan çox azyaşlı qız uşaqları iştirak etdi. Növbəti yarış bu ayın 29-da azyaşlı oğlanlar arasında olacaq.
Yarışların sonunda uğurla çıxış edib fərqlənən şagirdlər (qaliblər) və onların ustadları Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən pul mükafatları ilə qiymətləndiriləcək.
Bütün iştirakçılara Təqdirnamələr, Qurani-Kərimin tərcüməsi və digər kitablar hədiyyə olunub.
 
 
 
 
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: