İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ildə Səudiyyə Ərəbistanında vəhabi şeyxlərinin kinoklublarda filmə baxmaq barədə otuz illik qadağa fətvası ləğv olundu və son həftələrdə bəzi animasiyalar kinoklublarda ekran edildi.
Vəhabi şeyxlərinin kino qadağasının götürülməsinin ardınca Riyazda kinostudiyayalara ehtiyac çoxalıb. Buna görə də "Cinema Vox" şirkəti Səudiyyə Ərəbistanın paytaxtı Riyazda ən böyük kinostudiyanı tikmək qərarına gəlib.
"Cinema Vox"un tikəcəyi bu kinostudiya böyüklər və azyaşlılar üçün nəzərdə tutulmuş18 salondan ibarət olacaq. Bütün müasir avadanlıqlarla təchiz ediləcəkdir. Kinostudiyanın 2019-cu ildə istifadəyə hazır olacağı deyilir.
Qeyd edək ki, "Cinema Vox" ilk kinokulubu Riyazda cari ilin Aprel ayının 30-da açmışdı. Bundan əlavə cari ilin sonunadək Cəddə şəhərində də kinoklub açacağı barədə məlumat verib.