IQNA

Ən yaxşı məscid memarlığı yarışı keçiriləcək

0:04 - July 28, 2018
Xəbər sayı: 3483549
İslami ölkələrdə "İslam dünyasının ən yaxşı məscid memarlığı" adlı yarış keçiriləcək. Bu yarış "Əbdüllətif Fövzan mükafatı" yarışları nəzdində təşkil edilmişdir.

Ən yaxşı məscid memarlığı yarışı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami ölkələrdə "İslam dünyasının ən yaxşı məscid memarlığı" adlı yarış keçiriləcək. Bu yarış "Əbdüllətif Fövzan mükafatı" yarışları nəzdində təşkil edilmişdir.

Müşari Nəim ("Əbdüllətif Fövzan mükafatı" yarışlarının keçirilməsi komətəsinin baş katibi) İslami ölkələrin məcsidlərini mükafat dəyəri 1 milyon dollar olan "üçüncü ən yaxşı məscid memarlığı yarışları"na qatılmağa dəvət edib.

Cari həftənin Cüməaxşmaı günü Misrdə keçirilən "İslam mədəniyyətində məscidlərin memarlıq üslubu və gələcək perspektivlər" adlı seminarda çıxış edən Müşari Nəim ("Əbdüllətif Fövzan mükafatı" yarışlarının keçirilməsi komətəsinin baş katibi) məscid memarlığında xəttatlıq və incəsənətin yenilənməsi və texnologiyadan səmərəli istifadəni  bu yarışın keçirilməsinin əsas hədəfi kimi göstərib.

("Əbdüllətif Fövzan mükafatı" yarışlarının keçirilməsi komətəsinin nəzarətçisi Məhəmməd İslam Ğünəymi bildirib ki, yarışlarda iştirak edən məscid işlək, aktiv olmalıdır, ənənəvi memarlıq simvolları qorunmaqla yanaşı 21 əsrin texnologiyasının memarlıqda təsiri də simvolizə edilməlidir. Yarışlara qoşulmaq üçün cari ilin Sentyabr ayınadək füsrət vardır. 2019-cu ilin Sentyabr ayınadək beynəlxalq hakimlər məscidləri araşdıraraq qiymətləndirəcəklər. Qalib məscidlər 2020-ci ilin Mart ayında elan ediləcəkdir.      

http://iqna.ir/fa/news/3733544

captcha