IQNA

Pekin "24-cü ümumdünya fəlsəfə konqresi"nə evsahibliyi edəcək

0:13 - July 31, 2018
Xəbər sayı: 3483568
"24-cü ümumdünya fəlsəfə konqresi" cari ilin Avqust ayının 13-dən 20-dək Çinin paytaxtı Pekinin dövlət universitetində keçiriləcəkdir.

Pekin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "24-cü ümumdünya fəlsəfə konqresi" cari ilin Avqust ayının 13-dən 20-dək Çinin paytaxtı Pekinin dövlət universitetində keçiriləcəkdir.

Bu konrqesin keçirilməsi üçün lazım olan mərhələlər baş çatmış, qeydiyyat bitmiş, məqalələrin göndərilməsi və qəbulu işi dayandırılmış və məqaləsini məruzə edəcək şəxslər müəyyən edilmişdir.

Konqresi İran İslam Respublikasından İslam fəlsəfəsi ustadı Qulamrza Dinani, Avstriyadan Tamana Albertini, Rusiyadan Andre Smirnov və Çindən Yang Guy Ping idarə edəcəklər.

Konqresdə beş giriş iclas, biri İslam paneli olmaqla, 99 panel, bir neçə xüsusi nitq və məqalələrin məruzəsi olacaqdır.  

Qeyd edək ki, ümumdünya fəlsəfə konqresi hər beş ildə bir dəfə keçirilir. Konqresin bundan öncəki iclası Yunanda keçirilmişdi. 25-ci ümümdünya fəlsəfə konqresinin isə 2023-cü ildə İran İslam Respublikasında keçirilməsi planlaşdırılır.

 http://iqna.ir/fa/news/3734163

captcha