IQNA

Həcc mərasimini 800 nəfər xarici jurnalist işıqlandıracaq

21:05 - August 03, 2018
Xəbər sayı: 3483584
Səudiyyə Ərəbistanın informasiya nazirliyi bu ilin Həcc mərasimini işıqlandırmaq üçün 800 nəfər xarici jurnalistin bu ölkəyə gəldiyini bildirib.

Həcc mərasimini 800 nəfər xarici jurnalist işıqlandıracaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın informasiya nazirliyi bu ilin Həcc mərasimini işıqlandırmaq üçün 800 nəfər xarici jurnalistin bu ölkəyə gəldiyini bildirib.

Səudiyyə Ərəbistanın informasiya naziri Əvad ibn Saleh Əvad bu barədə dedi: Bu nazirlik Həcc mərasiminin peyk tv kanalları, xəbər agentlikləri və digər media qrumları tərəfindən işıqlandırılması üçün bütün lazım olan imkanları yaratmışdır.

O əlavə etdi: Bu il Səudiyyə Ərəbistanın informasiya nazirliyi 800 xarici jurnalistə evsahibliyi edəcəkdir. Bundan əlavə Həcc mərasimi barədə xəbərləri çatdırmaq üçün əsas qaynaq olan yeni sayt da yaradılmışdır. Həmçinin Məkkə və Mədinədə jurnalistlərə və media nümayəndələrə xidmət göstərmək üçün mərkəzlər açılmışdır.  

http://iqna.ir/fa/news/3735469

Teqlər: məkkə ، həcc ، informasiya ، iqna
captcha