İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Albaniyalı Quran hazifi Zeynəb Bərzuşi 12 yaşında ikən Qurani-Kərimi hifz edib.
Hazırda 19 yaşında olan Zeynəb Bərzuşi Cəddənin "Quran Hifzi Təlimləri Birliyi"nin şəhadətnaməsini almaq üçün Səudiyyə Ərəbistanında səfərdədir.
Zeynəb Bərzuşi Qurani-Kərimi hifz etdikdən sonra hifzini möhkəmlətmək üçün Albaniyanın paytaxtı Tirana şəhərinin "Ayişə Quran Təlimi Mərkəzi"nə yazılıb.
Daha sonra isə Ərəbistanın "Cəddə" şəhərinin Quran hifzi təlimləri xeyriyyə cəmiyyətinin elektron təhsil fürsətindən yararlanaraq Quran hifzini və qiraətini kamilləşdirib.
Bu Albaniyalı xanım hazırda Quran tilavəti şəhadətnaməsini almaq üçün Ərəbistan şəhərindədir. Ona bu şəhadətnaməni Ərəbistanın Cəddə şəhərinin Quran hifzi təlimləri xeyriyyə cəmiyyətinin qadınlar şöbəsinin rəisi Fatimə Zərifə təqdim edəcəkdir.
Zeynəb Bərzuşi bu səfərində Məkkədə Qurani-Kərimi ustadlar yanında "Həfsin Asimdən" qiraəti əsasından oxuyaraq şəhadətnamə alacaqdır.