IQNA

9:57 - August 06, 2018
Xəbər sayı: 3483603
Kanadanın Hamilton şəhərinin təcili tibbi yardım işçiləri silahlı insident zamanı yaralanan müsəlmana kömək etməyiblər və yaralanan müsəlman hadisə yerində vəfat edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Hamilton şəhərinin təcili tibbi yardım işçiləri silahlı insident zamanı yaralanan müsəlmanlara kömək etməyiblər.

Hamilton şəhərinin təcili tibbi yardım işçiləri Steven Snively və "Christopher Marchant" barəsində aparılan istintaq işində məlum olub ki, onlar güllə ilə vurulmuş müsəlmana ilkin tibbi yardım göstərməkdən imtina ediblər. Kanada polisi də bu iki tibb işçisini öz vəzifələrini yerinə yetirməməkdə təqsirli hesab edib və işlərini məhkəməyə göndərib.

Vəzifələrini yerinə yetirməməkdə təqsirli bilinən bu iki tibb işçisinin məhkəməsi cari ilin Sentyabar ayının 11-də keçiriləcəkdir.

Keçən ilin payız aylarında baş verən bu cinayətin təfərrütatı barədə verilən məlumatda deyilir ki, Yusif Hasnavi adlı 19 yaşlı iraqlı tibb universitetinin tələbəsi küçədə iki nəfərin bir qoca kişini təhqir etdiyini görür və onların bu işinə etiraz edir. Bu zaman onlardan biri güllə ilə Yusifi vuraraq yaralayır. Şahidlərin dediyinə görə, Yusif tibb işçilərinin ilkin tibbi yardım göstərməkdən imtina etdiyi üçün hadisə yerində vəfat edir.  

http://iqna.ir/fa/news/3735908

 

Ad:
E-poçt:
* Comment:
* captcha: