IQNA

Yəməndə məktəbli uşaqların avtobusu vuruldu

10:51 - August 10, 2018
Xəbər sayı: 3483625
Səudiyyə Ərəbistanın Yəməndə cinayətləri davam edir. Məktəblilərin avtobusuna hava hücumu nəticəsində 42 nəfər azyaşlı ölüb. Ölən şagirdlərin çoxu 10 yaşdan kiçik məktəblilərdir.

Yəməndə məktəbli uşaqların avtobusu vurulduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənin Saada vilayətinin Dahyan şəhərində şagirdləri daşıyan avtobusu vurub.

Maide.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hücum nəticəsində 43 şagird ölüb. Vilayətin səhiyyə idarəsi 61 nəfərin yaralandığını açıqlayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəməndəki nümayəndəliyinin rəhbəri Yohannes Bruver avtobusdakı şagirdlərin çoxunun 10 yaşdan kiçik olduğunu bildirib.

Qeyd edək ki,  Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib. Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 

captcha