İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bir çox Asiya ölkələrində, o cümlədən Çin, Taylanda və Nepalda müqəddəs Qurban bayramı namazı bu gün, həftənin üçüncü günü, 22 Avqust 2018-ci il, müsəlmanların izdihamlı iştirakı ilə qılındı.
Çinli müsəlmanlar Qurban bayramını bu gün, həftənin üçüncü günü, Pekinin ən qədim və böyük məscidi hesab edilən "Niucie" məscidində qılıblar.
Minlərlə Taylandlı müsəlman isə Qurban bayramı namazını Patani şəhərinin Came məscidində qılaraq dünya müsəlmanları üçün dua ediblər.
Nepal müsəlmanları isə "İnraruwa" şəhərinin "Eidgah" (bayram qərargahı) adlanan ibadət ocağına toplaşaraq Qurban bayramı namazını qılıblar.
Qeyd edək ki, Hindistanın şimalında yerləşən Nepal respublikasının 29 milyon cəmiyyəti vardır. Ölkənin paytaxtı "Katmandu" və rəsmi dili "Nepal dili"dir. Qeyri-rəsmi məlumatlara görə, bu ölkənin əhalisinin 5 faizini müsəlmanlar təşkil edilər.
İslam dünyasının ən böyük bayramlarından olan Qurban bayramı hər ilə dünyanın hər yerində müsəlmanlar tərəfindən izdihamlı şənliklərlə qeyd edilir. Müqəddəs Qurban bayramı namazının ən böyük görüntüsü Qurban namazıdır ki, milyonlarla müsəlmanın iştirakı ilə icra edilir. Qurban bayramı namazı bir sıra müsəlman ölkələrində dünən, həftənin ikinci günü, 21 Avqust 2018-ci il və bir sıra ölkələrdə isə bu gün, həftənin üçüncü günü, 22 Avqust 2018-ci il, qılındı.
Müsəlmanlar Qurban bayramı günü namaz qılır, dualar oxuyur və ehtiyaclılara kömək etmək bayram edirlər.
http://iqna.ir/fa/news/3740704