IQNA

Şeyx İsa Qasim xəstəxanadan evə buraxıldı

10:55 - August 23, 2018
Xəbər sayı: 3483718
Ayətullah Şeyx İsa Qasimin müalicəsi məsələsi ilə məşğul olan dəstə dünən, həftənin üçüncü günü, 22 Avqust 2018-ci il, bəyaniyyə yayaraq onun xəstəxandan evə buraxıldığını bildiriblər.

Şeyx İsa Qasim xəstəxanadan evə buraxıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn şiələrinin mənəvi lideri bir müddət müalicə aldıqdan sonra xəstəxanadan evə buraxılıb.

Ayətullah Şeyx İsa Qasimin müalicəsi məsələsi ilə məşğul olan dəstə dünən, həftənin üçüncü günü, 22 Avqust 2018-ci il, bəyaniyyə yayaraq onun xəstəxandan evə buraxıldığını bildiriblər.

Bəyaniyyədə deyilir ki, Ayətullah Şeyx İsa Qasimi müalicə edən həkimlər onu tez-tez xəstəxanaya müraciət etmək və müalicəsini sonadək davam etdirmək şərti ilə onun xəstəxanadan buraxılmasına icazə veriblər.

Buna görə də Ayətullah Şeyx İsa Qasim müalicəsini davam etdirmək üçün hələ Londonda qalacaqdır.

Qeyd edək ki, Şeyx İsa Qasim iki Ali-Xəlifə rejimi tərəfindən ev dustağı saxlanıldıqdan sonra cari ilin İyul ayında müalicə almaq üçün Londona gətirilmişdi.  

http://iqna.ir/fa/news/3740718

captcha