IQNA

Hacıların sayı 5 milyona çatacaq

18:23 - August 24, 2018
Xəbər sayı: 3483721
TRT informasiya portalının yaydığı məlumatda deyilir ki, müqəddəs Məkkə şəhərinin əmiri Xalid Feysəl mətbuat konfransında bu planın 2019-ci ildə icrasına başlanılacağını qeyd edib.

Hacıların sayı 5 milyona çatacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müqəddəs Məkkə şəhərinin əmiri Xalid Feysəl mətbuat konfransında bu şəhərin və ziyarət məkanlarının genişləndirilməsi və inkişaf planından danışıb.

Səudiyyə Ərəbistanın TRT informasiya portalının yaydığı məlumatda deyilir ki, müqəddəs Məkkə şəhərinin əmiri Xalid Feysəl mətbuat konfransında bu planın 2019-ci ildə icrasına başlanılacağını qeyd edib.  

Xalid Feysəl deyib ki, Məkkə şəhərinin və ziyarət məkanlarının genişləndirilməsi və inkişafı planı hazırlanıb və bu layihənin icrasına gələn ilə start veriləcəkdir.

O həmçinin vurğulayıb ki, gələn illərdən etibarən, həcc mərasiminin bütün mərhələlərinin həyata keçirilməsində bütün işlər müasir texnologiya əsasında aparılacaqdır.

O əlavə edib: Həcc mərasiminin bütün mərhələləri yeni texnologiya layihəsi ilə həyata keçirilikdən sonra hacıların sayını artacaqdır. Bu plana əsasən 2030-cu ilədək hacıların sayı 5 milyon nəfərə çatacaqdır.    

http://iqna.ir/fa/news/3740828

Teqlər: həcc ، 2019 ، 2030 ، məkkə ، iqna
captcha