İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Filippindəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə bu ölkədə "online" virtual Qurani-Kərim təlimi kursu keçirilib.
İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin "Xanımların Quran Evi"nin təşəbbüsü ilə Filippinin paytaxtı Manildə keçirilən "online" Quran dərsləri təkcə xanımlar üçün olub.
Filippində ilk dəfə keçirilən üç saatlıq Quran dərslərində Əbdülhəmid Kazimi iştirakçılara Qurani-Kərimin düzgün oxunuş qaydlarını öyrədib.
Videokonfrans vasitəsi ilə tədirs edilən bu dərslər hər həftənin Cüməaxşamı günləri davam edəcəkdir.
http://iqna.ir/fa/news/3741560