IQNA

11:40 - September 02, 2018
Xəbər sayı: 3483778
“Livanda və Liviyada nüfuzlu şəxslərin İmam Musa Sədrin aqibəti ilə bağlı açıqlama vermələrini gözləyirik”, - deyə Hüseyn Əmir Abdullahian diqqətə çatdırıb.

İran rəsmisi İmam Musa Sədrin ölmədiyini açıqladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslami Şura Məclisinin sədrinin xarici əlaqələr üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahian Livanın nüfuzlu ictimai və siyasi xadimi, “Əməl” hərəkatının qurucusu İmam Musa Sədr ilə bağlı açıqlama verib.  

O, açıqlamasında bildirib ki, heç kim dəqiqliklə İmam Musa Sədrin şəhid olduğunu deyə bilməyib.   “Livanda və Liviyada nüfuzlu şəxslərin İmam Musa Sədrin aqibəti ilə bağlı açıqlama vermələrini gözləyirik”, - deyə Hüseyn Əmir Abdullahian diqqətə çatdırıb.  

İran rəsmisi qeyd edib ki, İmam Musa Sədr ölməyib və buna görə də xüsusi komissiya yaradılaraq, bu iş araşdırılmalıdır.  

Xatırladaq ki, 40 il öncə - 1978-ci ilin 31 avqustunda Liviyanın o zamanki prezidenti Müəmmar Qəddafinin dəvəti ilə Liviyada səfərdə olan İmam Musa Sədr və onu müşayiət edən 2 nəfər yoxa çıxıblar. Ehtimallar arasında onun Qəddafi tərəfindən oğurlandığı da yer alır.

Mənbə: http://eastnews.az/news/28208

Teqlər: iqna ، livan ، liviya ، İmam Musa Sədr
Ad:
E-poçt:
* Comment:
* captcha: