IQNA

7:46 - September 03, 2018
Xəbər sayı: 3483781
İordaniya UNRWA-nın maliyyə böhranının Ərəb dövlətlərinin xarici işlər nazirləri birliyinin Misrin paytaxtı Qahirədə keçiriləcək iclasında müzakirə edilməsi və araşdırılmasını tələb etdi.

İordaniya UNRWA-nın maliyyə böhranının araşdırılmasını tələb etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniya UNRWA-nın maliyyə böhranının Ərəb dövlətlərinin xarici işlər nazirləri birliyinin Misrin paytaxtı Qahirədə keçiriləcək iclasında müzakirə edilməsi və araşdırılmasını tələb etdi.

Bu barədə İordaniyanın Qahirədəki səfiri və Ərəb dövlətləri birliyindəki daimi nümayəndəsi Əli Ayid tələb irəli sürüb. O, təklif edib ki, "Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Kömək və İşlər Agentliyi"nin (United Nations Relief and Works Agency for Palestine) maliyyə böhranı məsələsi Sentyabr ayının 11-də keçiriləcək iclasda müzakirə edilsin.

İordaniyanın Qahirədəki səfiri və Ərəb dövlətləri birliyindəki daimi nümayəndəsi Əli Ayid Ərəb dövlətləri birliyinə məktub göndərərək bildirib: "Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Kömək və İşlər Agentliyi"nin maliyyə böhranı (UNRWA) beş milyon fələstinlinliyə humanitar yardımların kəsilməsi deməkdir.

Qeyd edək ki, ABŞ dövləti Fələstinli qaçqınlara humanitar yardımların kəsilməsi təklifi ilə çıxış ediblər. Amerika dövləti "Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Kömək və İşlər Agentliyi"nə göstərilən maddi dəstəyin qayandırılmasını tələb edib.

İngiltərənin xarici işlər nazirliyinin Afrikanın şimalı və Asiyanın qərbi işləri üzrə müavini isə ABŞ-ın əleyhinə mövqe tutaraq "Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Kömək və İşlər Agentliyi"nə humanitar yardımları davam etdirəcəyini bildirib.

Qeyd edək ki, UNRWA - "Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Kömək və İşlər Agentliyi" (United Nations Relief and Works Agency for Palestine), Qəzzə zolağı, İordaniya, Livan və Suriyada yaşayan 5 milyon 900 min nəfər fələstinli qaçqına maddi köməklər edir.

http://iqna.ir/fa/news/3743236

Teqlər: iqna ، fələstin ، bmt ، UNRWA
Ad:
E-poçt:
* Comment:
* captcha: